Ötən gün axşam saatlarında əsən güclü külək Bakının Nizami rayonunda "8-ci kilometr" bazarı kimi tanınan meyvə-tərəvəz bazarının qarşısında iri gövdəli ağacı avtomobillərin üzərinə aşırıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Hadisə nəticəsində bazara satmaq üçün məhsul gətirən avtomobillərdən bir neçəsi əzilib, yolda hərəkət dayanıb.

Avtomobilləri bazarda çalışanların köməyi ilə ağacın altından çəkib çıxarmaq mümkün olsa da, onların bəzilərinə xeyli maddi ziyan dəyib. Həmçinin üzərindəki yük yerinə yığılmış meyvə-tərəvəz də zay olub.