"O qədər özünüzü ucuzlaşdırırsınız ki, bu yazılar yalnız sizi gözdən salır, məni yox. Həyasızca yazdığınız bu yazıya nə ad vermək olar? Siz mənim həyatımı müzakirə etməkdən zövq alırsınız? Deyəsən, elə bu yazını da narkotik qəbul etdikdən sonra yazmısınız.
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Damla ona qarşı iddia olunan narkoman fikrinə sosial şəbəkədə cavab verib. Xəbərin tam qərəzli olduğunu bildirən müğənni bu kimi iddiaların onu gözdən salmaq üçün yazıldığını vurğulayıb: "Hər gün ev üzü görməyən, evdə dincəlməyə 1 saatı olmayan insan necə günlərlə evdə yatıb qala bilər? Hər gün getdiyimiz məkanlardan paylaşılan şəkilləri, videoları görməyəcək qədər şüursuzsunuz? Mənim işimlə bağlı nə problemim olarsa, onun hesabını sizə verməliyəm? 24 saat iş nömrəmiz açıqdır. Siz kimə və hansı nömrəyə yığmısınız? Bu yazını yazan Allahsız, sənə səslənirəm. Evində körpə uşağın, ailən yoxdur? Sən nə haqla ağzına gələni yaza bilərsən? Bəsdi məni gözdən salmağa çalışırsız.
Vallah, billah, mən ulduzluğu, zirvənin ucalığını, məşhurluğu dərk edən insan deyiləm. Çünki hər şeydən uca olan Allahdır. Biz gecə-gündüz yatmadan, dinclik görmədən yollardayıq. O "narkomansan yazan hallı jurnalist, heç nə demirəm, Allah sizi bildiyi kimi etsin.
Xatırladaq ki, big.az saytının yazdığı xəbərdə müğənninin yaxın ətrafının iddialarına görə, ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır.