Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, qohumları 29 yaşlı aktrisanın meningit xəstəliyindən dünyasını dəyişib.
Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib:
"Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".
Yaxınları onu da qeyd etdilər ki, Mila ölməkdən çox qorxurmuş:
"Xalası qızına demişdi ki, ölməkdən çox qorxuram. Əlini buraxmırdı. Deyirdi, məni tək qoymayın".
Qeyd edək ki, M.Əminə son olaraq "Üç badam bir qoz filmi ilə gündəmə gəlmişdi.