Dünyanın ən zəngin iş adamalarından olan, "Nortqazşirkətinin eks rəhbəri, azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov lüks yaxtası ilə Bodrum tətilinə çıxıb.
Unikal.org-un məlumatına görə, milyarder həyat yoldaşı Tatyana Əhmədova 3 övladı ilə birlikdə 115 metrlik "Luna yaxtasında gəzintiyə çıxıb. İş adamı ilə ailəsinin dincəldiyi yaxtanın ətrafında 6 zodiak qayıqla təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, Fərhad Əhmədov "Lunanı milyarder Roman Abramoviçdən satın alıb. Üzgüçülük hovuzu, helikopter meydanı, 6 sürət qayığı, gülləkeçirməz şüşələri və raket əleyhinə müdafiə sistemi olan poladdan hazırlanmış yaxta saatda 30 mil sürət yığa bilir. F.Əhmədovun Bodrumda 10 gtün qalacağı bildirilir.