Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Anadolu agentliyi xəbər yayıb.

Bildirilir ki, MKİ-nin Türkiyədəki nümayəndəsi polis idarəsinə ABŞ-da davam edən Xalq Bankın sədr müavini Hakan Atillanın məhkəməsində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü, sabiq polis məmuru Hüseyn Korkmazın iddiaları ilə əlaqədar çağırılıb. Nyu-Yorkda saxlanılmış H. Atillanın məhkəmə prosesində şahid qismində çıxış edən H. Korkmaz MKİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da yaşadığı evin kirayəsinin prokurorluq tərəfindən ödənildiyini söyləyib.

Qeyd edək ki, H. Korkmaz Türkiyədən qaçıb.