5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başladığı gündən düz 14 il ötür!

Həmişə olduğu kimi əsas məqsədləri oxuculara dünyada və  Azərbaycanda baş verən maraqlı məlumatları çatdırmaqdır.

Layihənin Azərbaycan versiyası 3 ildir ki, müvəffəqiyyətli şəkildə fəaliyyət göstərir. Bununla da oxucular ana dilində operativ məlumatlar almaq imkanı əldə etdilər.

BAKU.WS layihəsinin ziyarətçilərinin ümumi sayında Azərbaycandan olan istifadəçilər 70 faizdir. Bu fakt Azərbaycan oxucularının ehtiyaclarını qiymətləndirməyə və vətəndaşlar üçün maraqlı və informativ materialları yerləşdirməyə imkan verir.

BAKU.WS-in oxucuları daha rahat xəbərləri izləyə bilməsi üçün sosial şəbəkələrdə rəsmi səhifə yaradıldı. IOS sistemində çalışan mobil telefonların istifadəçiləri üçün isə pulsuz mobil əlavə (proqram) hazırlandı. Şəxsi videopleyer isə daha interaktiv formatda və yüksək keyfiyyətdə aktual xəbərlərin nümayişinin imkanını artırdı.

Biz də Unikal.org kolliktivi olaraq Baku.ws-ni 14 yaşı münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.