Bakının bir sıra mərkəzi küçə və prospektlərində tıxac var.

Unikal.org Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hazırda paytaxtın H.Əliyev (şəhər mərkəzindən metronun "Koroğlu stansiyası istiqamətində), Z.Bünyadov (hər iki istiqamətdə), Bülbül və M.Useynov prospektləri, Ü.Hacıbəyov, K.Rəhimov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Qeyd edək ki, vaxtaşırı olaraq axşam saatlarında paytaxtın mərkəzi küçələrində sıxlıq və tıxac müşahidə olunur.