Hər kəsə məlum olduğu kimi alış-veriş saytları insanların evindəki artıq əşyaları, şəxsi mülklərini satmaq üçün bir vasitədir.
Ancaq deyəsən bu saytların əsas səbəbindən bixəbr olanlar da var. Çünki bu cür saytları tanışlıq saytı təsəvvür edib elənlar yerləşdirilib.
Unikal.org xəbər verir ki, "Tanış olmaq istəyirəm başlıqlı elan yerləşdirənlərin sayı həddindən artıqdır. Bu tanışlıqda özünə xanım axtaran kişilər daha üstünlük təşkil edir. Buna baxmayaraq bir bəylə tanış olmaq istəyən qızlarımız da az deyil.
Ancaq diqqətimizi Azərbaycanın məşhur özəl klinikalarının birində həkim işləyən şəxsin elanı cəlb etdi. İbrahim adlı bəy saytda nömrəsini də yerləşdirərək bir xanımla tanış olmaq istədiyini yazıb:
"Həyatda hər bir insanın qəlbində tək adamlıq üçün yer olduğu halda bəzən insanın qarşısına elələri çıxır ki, zərrə qədər insanlıqları olmur. Mənim qəlbimdəki bir nəfərlik yer boşdur.
Mən həvəs yox, nəfəs olmağı bacaracaq, gözəl və baxımlı bir xanımla münasibət qurmaq istəyirəm. Gəzməyi, yeyib-içməyi, sinemaya getməyi sevən biriyəm. Bakının ən yaxşı özəl klinikalarından birində həkim işləyirəm. Bakıda və Sumqayıtda yaşayan xanım əlaqə saxlasın.
Maraqlıdır ki, İbrahim həkim bu elanın daha da baxımlı olması üçün əlavə ödəniş edərək "VİP elan funksiyasında istifadə edib.