2016-cı ilin aprel ayında baş vermiş döyüş əməliyyatları barədə animasiya qrafikasının da istifadə edildiyi sənədli film hazırlanıb.

Unikal.org xəbər verir ki, filmdə bütün dünyanın diqqətini regiona yönəldən aprel hadisələri əks olunub. Hazırlanan materialda cəbhə bölgəsində yaşayan canlı şahid olmaqla bərabər həm də yaralanan dinc sakinlərdən müsahibələr götürülüb. Daha sonra həmin məqamda cəbhə bölgəsində peşə fəaliyyəti ilə məşğul olan jurnasitlərin açıqlamaları yer alır.

Filmdə 3D qrafikalı animasiya vasitəsilə müxtəlif döyüş səhnələri yığılaraq bərpa edilib. YouTube.com portalında və digər resurslarda aprel döyüşləri barədə olan videokadrlardan və digər materiallardan istifadə edilib.

"Apreldə doğan ümid adlı sənədli filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiçşəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidovdur.
Bu sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə "Addım GİM İctimai Birliyinin həyata keçirdiyi "Apreldə doğan ümid adlı layihə çərçivəsində hazırlanıb. "Addım Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir.