Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında "Bakı Telefon Rabitəsi MMC-nn tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir.

Unikal.org report-a istinadən xəbər verir ki, işçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır.

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN hələ ki, fakta münasibət bildirməyib.