Zaqatalaya təbii qazın verilişi dayandırılıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib.

Zaqatala Qaz İstismarı İdarəsindən bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub.

Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.