"Bizim insanların musiqi zövqünə təcavüz etdilər. 

Unikal.org xəbər verir ki, bu gün "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm verilişində jurnalist Seymur Verdizadə bildirib: 

"Təəssüflər olsun ki, indi peşəkar musiqilər yox dərəcəsindədir. Bayağı mahnılar bunları əvəz edir. 2010-cu ildən bu prosses daha da ağırlaşdı. İlk növbədə bəzi müğənnilər xalqımızın musiqi zövqünü korlamağa nail oldular. Bizim insanların zövqünə təcavüz etdilər. Buna səbəb isə onlara musiqi yox, toy lazımdır. 

Seymur Verdizadəyə dəstək olaraq müğənni Emil Bədəlov belə deyib: 

"Bu günki gündə bayağı mahnılar üstünlük təşkil edir. Hazırda Hüseynağa Hacıyev, Şövkət Ələkbərovanın mahnıları gənclərə maraqlı deyil. Gərək loru-loru sözlərlə mahnı olsun dillərə düşsün. Sovet dövründə olduğu kimi, hazırda da bayağı musiqilərə senzura qoyulmalıdır. İndi oxuyanlar hədsiz dərəcədə çoxalıb. Kimin ürəyi nə istəyirsə oxuyur". 

Məsələyə müdaxilə edən aparıcı Çingiz Əhmədov bildirib ki, bir qarın çörəyə görə və yaxud kontur puluna görə, toya gedib oxuyurlarsa bu "müğənnilərdən nə gözləmək olar?.

Jurnalist Seymur Verdizadə diqqətə çatdırıb ki, əvvəl oxumaq deyəndə gənclərin ağlına kitab gəlirdisə, hazırda bu mikrafonla əvəzlənib: "Kim öz sahəsində uğur qazana bilmirsə, hansı qadın ərindən boşanırsa, əlinə mikrafon alıb oxumağa başlayır.