AFFA İntizam Komitəsi aşağı yaş qruplarında baş verən hadisələrlə bağlı cəza tədbiq edib. 
 
Unikal.org-un AFFA-nın saytına istinadən məlumatına görə,  U-14 Liqasında "Kəpəz" – "Neftçi" PFK matçının 18-ci dəqiqəsində  bakılıların hücumçusu  Musa Qurbanlı ilə Nemət Musayev arasında gərginlik yaşanıb. Aqressiv hərəkətə görə  qırmızı vərəqə alan hər iki futbolçu 1 oyunluq cəzaya məruz qalıb.
 
Cəzalanlardan Musa Qurbanlı "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun oğludur.