Türkiyənin qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İzmirdən 52 km şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.