Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Hatidze şəhərindən 50 km cənub-şərqdə, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.