Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
N.Arpadarainin sözlərinə görə, aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu giriş-çıxışına icazə veriləcək.
"Şəhər sakinləri və qonaqlar qeyd olunan günlər ərzində "Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər. Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən Dövlət Bayrağı meydanına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız icazə sənədinə malik nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar, - deyə N.Arpadarai əlavə edib.
N.Arpadarai onu da əlavə edib ki, Qran Pri həftəsi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət olmayacaq. Piyadalar həm yeraltı, həm də yerüstü keçidlərdən istifadə edə biləcəklər.