Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol Nizam-İntizam Komitəsi "Fənərbaxça ilə oyuna çıxmayan "Beşiktaşa 3:0 texniki məğlubiyyət verib.
Unikal.org xəbər verir ki, komitənin qərarına əsasən, gələn il "Beşiktaş Türkiyə Kubokunun oyunlarına da buraxılmayacaq.
Qeyd edək ki, aprelin 19-da Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.
Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdirilməsi barədə qərar qəbul etmişdi.