İspaniya çempionatının 36-cı turunda "el klasiko olduqca gərgin keçib.
Unikal.org xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda futbolçular arasında bir neçə dəfə qarşıdurma yaşanıb. "Realın kapitanı Serxio Ramos oyundan sonra verdiyi açıqlamada bildirib ki, Lionel Messi fasilədə hakimlərə təzyiq göstərib:
"Oyunun fasiləsində Messi hakimə təzyiq göstərirdi. Orada kameraların olub-olmadığını bilmirəm.
Bu təzyiq nəticəsində hakimin fasilədən sonra fərqli qərarlar qəbul etdiyini də deyə bilmərəm. Bu, futboldu və hər şey meydanda da qalmalıdır.
Nə qədər ki, sənə heç bir ziyanı olmayacaqsa, onda buna hörmətlə yanaşmaq lazımdır.