"Şaxtyorun sabiq futbolçusu Andrey Vorobey Mirça Luçesku ilə münasibətlərindən danışıb.
Unikal.org xəbər verir ki, Andrey Luçeskunun "Şaxtyora başçılıq edərkən ukraynalı futbolçularla münasibətinin qaydasında olmadığını deyib. O, rumın mütəxəssisin ukraynalılara nifrət etdiyini iddia edib:
"Məndə belə təəssürat yaranmışdı ki, Luçeksu ukraynalıları sevmir. Hətta nifrət edir. Situasiyanın girovuna çevrilmişdim.
Deyə bilmərəm ki, o, ukraynalılara insan kimi də nifrət edirdi. Ancaq futbolçu kimi nifrət etdiyinə əminəm.
Bir məşqçi kimi o, çox güclüdü. Ancaq insan kimi... Bilirsiniz, məşqçi futbolçunu alçaltmaq üçün min səbəb tapa bilər. Biz - Timoşukla mən onun boğazında ilişib qalmışdıq.