Futbol üzrə İtaliya yığmasının qapıçısı Canluici Buffon 17 ildi şərəfini qoruduğu "Yuventusda sonuncu oyununu keçirib.

Unikal.org  xəbər verir ki, 40 yaşlı qolkiper A Seriyasının sonuncu turu çərçivəsində "Verona ilə qarşılaşmada sonuncu dəfə "Yuventusun formasını geyinib.

Çempionluğunu əvvəlki turda rəsmiləşdirən Turin klubu Buffonun vida matçında 2:1 hesabıyla qalib gəlib. Start heyətdə meydana çıxan Buffon isə 63-cü dəqiqədə əvəzlənib. O, meydanı azarkeşlərin və komanda yoldaşlarının alqış sədaları altında, göz yaşları içində tərk edib.

Bu oyun daha bir futbolçu üçün "Yuventusdakı son matç olub. Söhbət müdafiəçi Stefan Lixtştaynerdən gedir. O, vida matçının 85-ci dəqiqəsində penalti vurmaq hüququ qazansa da, rəqib qapısına yol tapa bilməyib.