İngiltərə Premyer Liqa təmsilçisi "Lester heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, "tülkülər "Portunun və Portuqaliya millisinin müdafiəçisi Rikardo Pereyranı heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Xəbərdə sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə bağlandığı qeyd edilib. "Lester 24 yaşlı futbolçunun keçidi üçün "əjdahalara 25 milyon avro ödəyib.

Pereyra "Portunun heyətində son mövsümdə şans qazandığı 43 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.