Sosial şəbəkələrdə üzərində Ümummilli Lider Heydər Əliyevin təsviri olan 500 manatlıq əskinazların fotoları paylaşılıb.

Unikal.org xəbər verir ki, sosial şəbəkə istifadəçiləri 500 manatlıq pulların yaxın günlərdə dövriyyəyə buraxılacağını iddia ediblər. 

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev unikal.org-a açıqlama verib. Bildirib ki, yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir. 

Famil Fərhadoğlu