UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün ən yaxşı qolu müəyyənləşib.
Unikal.org xəbər verir ki, Madrid "Realının portuqaliyalı futbolçusu Kristiano Ronaldonun 1/4 final mərhələsi çərçivəsində "Yuventusla ilk oyunda "qayçı zərbəsi ilə rəqib qapısından keçirdiyi top sözügedən turnirdə mövsümün ən yaxşı qolu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Aprelin 3-də Turində keçirilmiş həmin oyunda "Real "Yuventusa 3:0 hesabıyla qalib gəlmiş, Ronaldo isə dubla imza atmışdı. Digər qolu Marselo meydan sahiblərinin qapısından keçirmişdi.