İspaniya La Liqasının rəhbərliyi çempionat oyunlarının Amerikada keçiriləcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib. Tebas İngiltərənin "Financial Times nəşrinə açıqlamasında bunları deyib:
"İspaniya futbolunu bütün dünyaya yaymaq istəyirik. Bu razılaşma ilə La Liqa ABŞ və Kanadada daha da məşhurlaşacaq.
La Liqa rəhbərliyinin Amerikanın "Relevent Sports şirkəti ilə 15 illik müqavilə imzaladığı bildirilib. Əldə olunan gəlir La Liqa klubları və "Revelent Sports arasında bölüşdürüləcək.
"Real və "Barselonanın da liqa oyunlarını Amerikada keçirəcəyi bildirilsə də, hansı komandanın nə zaman oynayacağı haqda məlumat verilməyib.