Azərbaycan Premyer Liqasında keçirilən son oyundan sonra "İnter" FK-nın heyəti istirahətə buraxılıb.
Unikal.org xəbər verir ki, komanda iyunun 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq.
Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunur. Belə ki, Şahin Zəkiyev (3 il), Sərtan Taşkan (2 il), Aqşin Quluzadə (3 il), Mirhüseyn Seyidov (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib.
Digər futbolçularla isə danışıqlar aparılır.