Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Osmanlısporla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ozan bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

"Girəsunspor 2 turdan sonra 6 xalla 1-ci pillədə qərarlaşıb.