"Perform Group korporasiyasına məxsus DAZN servisi "Yuventusun futbolçusu Kriştiano Ronaldo ilə anlaşıb.

Unikal.org xəbər verir ki, anlaşmanın müddəti 2,5 illikdir. Əməkdaşlığın maliyyə tərəfi barədə heç bir məlumat verilmir.

DAZN azarkeşlərə futbolu müxtəlif texnoloji vasitələrlə izləməyə şərait yaradan servisdi. Ronaldo məsələ ilə bağlı açıqlama verib:

"DAZN-in yeni texnologiyaları sayəsində dünya dəyişir. İdman azarkeşləri üçün baryerlər dağıdılır. İndi biz idmanı nə vaxt harda istəsək izləyə bilərik. Bu layihəyə qoşulmaq mənim üçün şərəfdi.

Kompaniya Ronaldonun imicindən Kanada, Yaponiya və Almaniyada DAZN şəbəkəsini inkişaf etdirmək üçün yararlanacaq.