"Fənərbaxçanın futbolçusu Jozef de Souza karyerasını Ərəbistanda davam etdirəcək.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa klubu braziliyalı futbolçunun transferi üçün Səudiyyə Ərəbistanın "Əl-Əhli klubu ilə danışıqlara başladığını açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
"Əl-Əhlinin Jozef üçün "Fənərə 13 milyon avro ödəyəcəyi bildirilir.
Bir müddət əvvəl "Fənərbaxçanın digər braziliyalı futbolçuları - Juliano Səudiyyə Ərəbistanın "Əl-Nəsr, Fernandao isə "Əl-Vahda" klubuna transfer edilmişdi.