Ukraynanın "Vorskla" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının biletlərini satışa çıxarıb.

Unikal.org xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ, İngiltərənin "Arsenal və Portuqaliyanın "Sportinq klubları ilə eyni qrupda yer alan Poltava təmsilçisi artıq bu rəqibləri ilə ev oyunlarının bilet qiymətlərini də müəyyənləşdirib.

Ukraynalılar bu oyunlar arasında heç bir fərq qoymayıblar. Belə ki, hər üç oyunda biletlərin qiyməti 300-350 qrivna (18-21 AZN) aralığında dəyişir.

"Vorskla rəqiblərini Poltavadakı Aleksey Butovski adına "Vorskla Arenada qəbul edəcək. "Qarabağ bu rəqibinə qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.