Şanlıurfa vilayətinin Ceylanpınar mahalında 7 yaşlı uşaq ölümdən son anda qurtulub. Belə ki, azyaşlı qum yığınının altında qalıb.
Unikal.org Türkiyə mətbutaına istinadən xəbər verir ki, ətrafdakı insanlar azyaşlını xilas etmək üçün qumu əlləri ilə qazmağa başlayıb. Nəhayət, sakinlər uşağı sağ-salamat çıxarmağa müvəfəq olublar.
Bildirili ki, uşaq 40 dəqiqə boyunca qumun altında qalıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Səhiyyə işçilərinin müdaxiləsindən sonra uşağın səhhəti normal dönüb.