"Yuventusun və Argentina millisinin futbolçusu Paulo Dibala İtaliya mətbuatına açıqlama verib.
Unikal.org xəbər verir ki, "Football İtalia nəşrinə danışan forvard, Lionel Messinin milli komandaya qayıtmasını istədiyini deyib:
"Biz Messinin qayıtmasını istəyirik. Onun milli komanda üçün nə qədər vacib futbolçu olduğunu bilirik. Milli komanda gənc futbolçulardan təşkil olunub. Onların dəstəyə ehtiyacı var.
Messi DÇ-2018-dən sonra Argentina millisinin keçirdiyi oyunlara dəvət almayıb.