UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarının yekun statistik göstəricilərini açıqlayıb.
Unikal.org xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeyda 6 tur ərzində dəqiq ötürmə verən futbolçuların siyahısında ilk pillədə qərarlaşıb. 30 yaşlı yarımmüdafiəçi 454 dəqiq ötürmə ilə 1-ci olub.
Qrup mərhələsində ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviç olub. 24 yaşlı forvard 6 dəfə rəqib qapılarına yol tapıb.
San Marinonun qapıçısı Elia Benedettini ən çox seyv edən qapıçı olub. O, 16 top buraxdığı halda, 41 dəfə komandasını qoldan xilas edib.
Ən çox qol ötürməsi verənlərin siyahısında ispaniyalı Marko Asensio liderdir. O, komanda yoldaşlarının qol vurmasına 5 dəfə yardımçı olub.
Millətlər Liqasının qrup mərhələsində çox qol vuran yığma isə Kosovodur. Bu komandanın futbolçuları 15 dəfə fərqləniblər.
Azərbaycan millisi qrup mərhələsinin 6-cı turunda Kosovoya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 2-ci yeri tutub və turnirlə vidalaşıb.