Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib. 

Unikal.org "Sinhuaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

Partlayış ətrafdakı 41 tikiliyə ziyan vurub. Ərazidə yanğın da baş verib. 

Hadisənin nəticələrini aradan qaldırmaq üçün tədbirlər görülür.