Rizə şəhərində Ahmet Topal adlı müəllim şagirdlərinə vətən sevgisini izah etmək üçün Türkiyə və Azərbaycanın 18 bölgəsində yaşları 64-94 arasında 20 qadına "Bu vətən kimin şeirinin bir misrasını səsləndirmək üçün təklif göndərib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3-cü sinif müəlliminin çağırışına Azərbaycandan 79 yaşlı Elmira İsbəndiyarova və Türkiyədə 94 yaşlı Sulbiyə Başköylü olmaqla 18 bölgədən müsbət cavab gəlib.Şeir söyləyənlər arasında ən az yaşı olan nənə 64 yaşlı Havva Çelikdir.Şeiri səsləndirən şəxslər telefona çəkərək Ahmet Topala göndəriblər.

Qeyd edək ki, "Bu vətən kimin seirinin müəllifi Orhan Şaiq Gökyay 1902- ildə anadan olub,.O, 1994cü ildə 92 yaşında vəfat edib.