Fransada etiraz aksiyaları zamanı 35 nəfər saxlanılıb, 8 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, etirazçılar ölkə prezidentinin iqamətgahı istiqamətində hərəkət edirlər.

Son məlumatlara əsasən, noyabrın 17-də başlayan aksiyanın iştirakçılarının sayı 81 minə çatıb. Nümayişçilər yanacağın qiymətinin qalxmasına etiraz edirlər.