Röya Rəhmani Əfqanıstanın ABŞ-da səfiri təyin edilib.

Unikal.org xəbər verir ki, o bu vəzifəyə təyin olunan ilk qadın olub.

Rəhmani daha əvvəl ölkənin İndoneziyadakı səfiri olaraq çalışıb.

"Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir. İndoneziyada xidməti zamanı uğurlara imza atıb, - ölkə Prezidentinin rəsmi nümayəndəsi Harun Cahansuri deyib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə Həmdullah Mohib çalışıb. Bu ilin avqust ayında isə Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.