Çinin Sintszyan-Uyğur muxtar rayonunda 4.9 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:23-də qeydə alınıb. Zəlzələnin episentri 22 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.