Dağıstanın tanınmış müğənnisi Maşidat Ömərovaya silahlı hücum olub.

Unikal.org xəbər verir ki, naməlum şəxs müğənniyə yaşadığı evin həyətində odlu silahdan atəş açıb.

Mahaçqala şəhərində baş vermiş hadisə nəticəsində M. Ömərova yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir.

Faktla bağlı cinayət işi açılıb.