İranda zəlzələ olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.

Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.  

*** 21:54

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

*** 22:50

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, "İran-İraq sərhədində 6,3 maqnitudada zəlzələ zamanı 114 nəfər xəsarət alıb", deyə PressTV-nin "Twitter" səhifəsində qeyd edilir.

Qeyd edək ki, telekanalın səhifəsindəki fotolarda zəlzələnin dağıntılara səbəb olduğu əks etdirən fotolar da yerləşdirilib. Daha əvvəl zəlzələ zamanı 70 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.