Türkiyənin Giresun bölgəsində içkili sürücü polisin ölümünə səbəb olub. Hadisə polislərin həmin ərazidə keçirdiyi reyd zamanı baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, içkili sürücü idarəetməni itirərək onu dayandırmaq istəyən iki polisi vurub. Onlar xəstəxanaya yerləşdirilsə də birinin həyatını xilas etmək mümkün olmayıb.

Digər polisin isə vəziyyətinin ağır olduğu və müalicəsinin davam etdirildiyi bildirilib. Qəzaya səbəb olan sürücü də yaralandığı üçün müalicəsi xəstəxanada davam etdirilir.