Milyarder Corc Sorosun sahibi olduğu Açıq Cəmiyyət Fondunun Türkiyədəki ofisinin fəaliyyətinə xitam verilib.

Unikal.org-un Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fondun İdarə Heyəti qərar çıxarıb.

Bildirilib ki, son günlər KİV-də yer alan əsassız iddiaların və spekulasiyaların artması səbəbindən bu addım atılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Soros Fondunu ölkəsinin daxili işlərinə qarışmaqda günahlandırıb.