"Moskvada digər iki oyunda hava daha yaxşı idi. Amma bu mövsüm belə soyuq havanı gözləyirdik. Təəssüf ki, futbolda "qar yağdı", "soyuqdu" və ya "istidi" demək imkanımız yoxdur. Adaptasiya olmağa çalışacağıq".
Unikal.org qol.az-a istinadən xəbər verir ki,bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Moskva "Lokomotiv"i ilə sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, rəqib komanda və onun çalışdırıcısı Yuri Syomin haqda xoş sözlər söyləyib: "Syominə hörmət edirik. O, çox təcrübəli, Rusiya futbolçu üçün böyük insandır".
Terim heyətdəki itkilərdən də danışıb: "Heyətimizdə itkilər çoxdur. Amma meydana 11 nəfərlə çıxacağımıza əmin ola bilərsiniz. Belhanda, Əmrə, Sinan kimi futbolçular zədə səbəbindən bizə kömək edə bilməyəcək. Bugünkü məşq göstərdi ki, Naqatomanın oynaması da sual altındadır. Çünki həkimimiz "tək qorxduğum soyuq" demişdi. Cəzalı və zədəlimiz çoxdur, amma Allah betərindən saxlasın. Olur belə şeylər.
Qeyd edək ki, sabah keçiriləcək "Lokomotiv" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.