İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası "E" qrupunda yer alıb.

Azərbaycan yığması AVRO-2020-nin final mərhələsinə düşmək üçün Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə mübarizə aparacaq.