Rəşad Sadıqov futbol üzrə Azərbaycanın U-21 yığma komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Aydın Bağırov məlumat yayıb. O bildirib ki, AFFA R. Sadıqovla bərabər bütün aşağı yaş qrupunun məşqçiləri ilə müqaviləyə xitam verib.
A.Bağırov onu da əlavə edib ki, Qurban Qurbanov futbol üzrə Azərbaycan millisindən öz istəyi ilə istefa verməyib "Məndə olan məlumata görə, Qurban Qurbanov özü millidə qalmaq istəsə də, istefaya göndərilib. Tək Qurban deyil, Rəşad Sadıqov və bütün aşağı yaş qrupunun məşqçiləri ilə müqavilə ləğv edilib. Almana 6, xorvata 2 il şans verən AFFA futbol tariximizdə ən böyük iz qoyan məşqçiyə 2 seçmə mərhələ işləməyi çox gördü.
Qeyd edək ki, bu gün Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb. "Klub və millidə çalışmağımın səhv olduğu bildirildi", - deyə Qurbanov gedişini şərh edib.