İtaliya Super kubokunun finalında “Yuventus” əzəli rəqibi “Milan”la üz-üzə gəlib.

Unikal.org xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən filan qarşılaşması “Yuventus”un 1:0 hesablı qələbəsilə başa çatıb. 

Oyunda yeganə qolu matçın 61-ci dəqiqəsində portuqalı futbolçu Kriştiano Ronaldo vurub. Bu qələbə ilə “Yuventus” 8-ci dəfə İtaliya Super kubokunu qazanıb.