PSJ-nin yarımmüdafiəçisi Anxel Di Maria, Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları keçmiş klubu “Mançester Yunayted”dəki karyerası ilə bağlı danışıb.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, “qırmızı şeytanlar”ın heyətində ona şans verilmədiyini deyib:

“Mən orda bir il qaldım. Bu, karyeramın ən yaxşı vaxtı deyildi, ya da ən yaxşı vaxtımı orda keçirmək üçün mənə icazə vermədilər. O dövrdə məşqçi ilə çətinlik yaşandı. Amma Allaha təşəkkür edirəm ki, PSJ-yə keçdim və yenidən kim olduğumu nümayiş etdirdim”.

Argentinalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsi haqqında da danışıb:

“Biz bu mövsüm Çempionlar Liqasına yaxşı başlamadıq. Amma sonra vəziyyəti dəyişdirməyə nail olduq və qrupu ilk pillədə tamamladıq. Bizim üçün çətin olacağı deyilirdi. “Liverpul”a və “Srvena Zvezda”ya qarşı iki yaxşı oyun keçirdik. Bu oyunlar bizim üçün həllledici idi. İndi biz özümüzdən və öz oyunumuzdan başqa bir şey düşünməməliyik. Yaxşı iş çıxara bilsək, hər şey yaxşı olacaq”.