Topaz Premyer Liqasında mövsümün ikinci dövrəsinə start verilib. 

Unikal.org xəbər verir ki, XV turun açılış matçında "Zirə” debütant “Sabah”ı qəbul edib. Görüş “Sabah”ın 0:2 hesablı qələbəsilə başa çatıb. Bu qələbə ilə "Sabah" 4-cü pillədəki mövqeyini qoruyub. 

Günün digər oyununda "Keşlə" doğma meydanda "Səbail"ə 0:3 hesabı ilə məğlub olub. Səbaillilərin heyətində Kevin Kubemba (14), Elvin Yunuszadə (53) və Ağabala Ramazanov (59) fərqləniblər. 

Qeyd edək ki, tura sabah yekun vurulacaq.