“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.
Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasının 23-cü turu çərçivəsində keçirilən “Sassuolo” matçında da (3:0) fərqlənərək, bu mövsüm bütün turnirlər daxil olmaqla, 20-ci qolunu vurub.
Ronaldo ardıcıl 13 mövsümdür ki, ən azı 20 qol vurmağı bacarır. 34 yaşlı futbolçu bundan əvvəl “Mançester Yunayted”də 3, “Real”da isə ardıcıl 9 mövsümdə ən azı 20 dəfə rəqib qapılarına yol tapıb.
Ronaldo A Seriyasında 18 qolla bombardirdir.