“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi, Keniyaya kömək üçün başladılan kampaniyaya dəstək olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, futbolçu UNİCEF-in Keniyada su və ərzaq tədarükü üçün başlatdığı kampaniyaya 200 min avro bağışlayaraq, dəstək olub.
Kampaniya nəticəsində, uşaqlar da daxil olmaqla, 2 mindən artıq insanın evində və məktəblərdə su problemi həll olunacaq.
Bundan başqa, layihə sayəsində 4 min insanın qida probleminin həll olunacağı bildirilir.
Keniyada hazırda 58 min insan su və qida azlığından əziyyət çəkir.