İngiltərənin "Lester Siti" klubunun fransalı baş məşqçisi Klod Pyuel istefa verib.

Unikal.org xəbər verir ki, 57 yaşlı mütəxəssis Premyer Liqanın 27-ci turunda "Kristan Pelas"a 4:1 hesablı məğlubiyyətdən sonra klubla yollarını ayırmaq qərarına gəlib. 

Qeyd edək ki, Pyuel bundan əvvəl "Monako", "Lion", "Nitsa", "Sauthempton" kimi komandalarda çalışıb.